SON XƏBƏRLƏR

"Human Rights Watch" İranda son həbslərlə bağlı bəyanat yaydı

2022.07.12, 10:42
"Human Rights Watch" İranda son həbslərlə bağlı bəyanat yaydı

Gunaz.tv

Təşkilat yaydığı bəyanatda bildirir ki, İranda yeni həbs dalğası nüvə danışıqları sazişinin bərpasının dalana dirənməsindən sonra güclənib.

Hökumət uğursuzluqlarına görə ictimai qəzəbin yaranmasına mane olmaq məqsədi ilə fəallara təzyiqləri artırıb.

Hüquq müdafiə təşkilatının bəyanatı İran kinosunun tanınmış simaları Məhəmməd Rəsulov, Mustafa Al-Əhməd və Cəfər Pənahinin, habelə islahatçı siyasi fəal Mustafa Taczadə və bir sıra etiraz aksiyaları qurbanları ailələrinin həbsindən sonraya təsadüf edir.

Bu şəxslərin həbsi, xüsusilə də İran kinorejissorlarının saxlanılması geniş beynəlxalq reaksiyalarla qarşılanıb və üç Avropa kino və incəsənət festivalı İranın bu hərəkətini kəskin şəkildə pisləyib.

“Human Rights Watch” “tanınmış tənqidçilərin həbsini dinc müxalifəti susdurmaq üçün yeni prosesin bir hissəsi kimi qiymətləndirib.

"İqtisadi şərtlərin pisləşməsi və beynəlxalq ictimaiyyətin İranla nüvə razılaşmasının canlandırılmasındakı uğursuzluqla eyni vaxtda Tehran hökuməti dinc müxalifəti hədəf alıb"-deyə, bəyanatda bildirilib.

Human Rights Watch təşkilatının İran üzrə baş tədqiqatçısı Tara Sepehrifər, İranın üzləşdiyi bir neçə ciddi problemi həll etmək iqtidarında olmadığı və ya həll etmək istəmədiyi üçün tənqidçiləri həbs etmək kimi repressiv davranışlara əl atdığını deyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar