SON XƏBƏRLƏR

"Putinə alicənab deməklə nüvə danışıqları həll olunmayacaq"- "Cumhuriye İslami" qəzeti

2022.06.28, 11:10
"Putinə alicənab deməklə nüvə danışıqları həll olunmayacaq"- "Cumhuriye İslami" qəzeti

Gunaz.tv

"Hazırkı hökumət dövründə nüvə danışıqlarının müsbət nəticə ilə yekunlaşacağı və bunun xalqın məişət problemləri ilə qarışdırılmayacağı barədə vədlər verilmişdi.

Ancaq bu hökumətin bir il iş başında olmasına baxmayaraq danışıqlarda irəliləyiş olmayıb və vətəndaşların yaşayış problemləri daha da çoxalıb"-deyə, qəzet yazıb.

Qəzet məsələ ilə bağlı dərc etdiyi yazının davamında İran hökumətinin rəsmilərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrova gülümsəmək və Vladimir Putini "alicənab" adlandırmaqla nəyəsə nail ola bilməyəcəklərini qeyd edib.

"Əslində Amerikaya gülümsəməklə də bu problem həll olunası deyil. Məsələni kökü Vaşinqton, Moskva, London və Pekində deyil. Əsas problem elə burada, yanlış beynəlxalq siyasət yürütməkdədir"-deyə, "Cümhuriye İslami" qəzeti bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar