SON XƏBƏRLƏR

Sumqayıtda xəstəxanada baş verən yanğında 15 nəfər zəhərlənib, 32 xəstə xilas edilib

2022.01.08, 12:41
Sumqayıtda xəstəxanada baş verən yanğında 15 nəfər zəhərlənib, 32 xəstə xilas edilib

Gunaz.tv

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Yanğın zamanı xəstəxananın yerləşdiyi mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub. 

Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar