SON XƏBƏRLƏR

Zunuzda ekoloji fəlakət yaşanır: Zərərli tozlar müxtəlif xəstəliklər yaradır

2021.10.20, 07:36
Zunuzda ekoloji fəlakət yaşanır: Zərərli tozlar müxtəlif xəstəliklər yaradır

Gunaz.tv

Bu barədə sosial mediada foto və video materiallar yayılıb. 

Yerli əhalinin verdiyi məlumata görə oktyabrın 12-də mədəndə baş verən partlayışlar nəticəsində tərkibində ağır metallar olan tozlar ətraf ərazilərə yayılıb.

Bu mədən kənd təsərrüfatı torpaqlarını çirkləndirmək və bitki örtüyünü məhv edir, mazutdan istifadə Zunuzun yeraltı sularını, havasını çirkləndirir. 
Ardıcıl partlayışlar nəticəsində tərkibində ağır metallar olan toz fırtınalarının əmələ gəlməsi sakinlərin sağlamlığını təhdid edir.

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin 20 kilometr şimal-şərqində yerləşən kaolin mədəni Orta Şərqin ən böyük kaolin mədənidir. 

Bu mədənin istismarı 1990 -cı ildə illik 70.000 ton hasilatla “İran Keramika Sənayesi Şirkəti”nə verilib.

Emal zavodunun işə salınmasından sonra illik hasilat səviyyəsi 150 min tona yüksəlib və hazırda hasilatın 200 min tona qaldırılması barədə işlər görülür.

Bundan öncədə yerli sakinlər və ətraf mühit fəalları yaranan ekoloji problemlərlə bağlı əlaqədar dövlət qurumlarına müraciətlərinin nəticə vermədiyi üçün dəfələrlə etiraz aksiyası keçiriblər. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar