SON XƏBƏRLƏR

Quraqlıq Biləsuvarda kənd təsərrüfatına ciddi ziyan vurub

2022.04.29, 10:30
Quraqlıq Biləsuvarda kənd təsərrüfatına ciddi ziyan vurub

Gunaz.tv

O, bu günə kimi bu səviyyədə quraqlığın bu günə kimi bölgədə görünmədiyini bildirib.

“Biləsuvarda dəmyə ərazilərdə olan təsərrüfatın 89%-a ziyan dəyib. Kənd Təsərrüfatı İdarəsinin hesablamalarına görə, bu il Biləsuvarda 100 min hektar əkin sahəsi quraqlıq nəticəsində məhv olub və əkinçilərə 1 trilyon 800 milyard tümən ziyan dəyib”-deyə, fərmandar bildirib.

Bundan öncədə oxşar problem üzündə təsərrüfatçı və əkinçilərin ziyan gördüklərini deyən S.Əsgəri bu günə kimi onlara təzminat ödənilmədiyi üçün aqrar sahədə çalışanların ağır durumda olduqlarını qeyd edib.

Bundan bir müddət öncə Ərdəbil əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Rübəli Cahani Biləsuvarda aqrar sektorun iflasa uğrayacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Rübəli Cahani deyib ki, quraqlıq və yağıntıların azalması Biləsuvarda kənd təsərrüfatı sahəsinin tamamilə iflasına səbəb ola bilər. 

O, cari əkin ilində yağıntıların ötən ilin oxşar dövrünə nisbətdə 37% azaldığını, hazırda quraqlıq səbəbindən Biləsuvarda əkin sahələrinin 40%-nın əkilmədiyini, əkilən sahələrin isə 30%-nın məhv olduğunu deyib.

Cahani ötən ildə oxşar problemi yaşadıqlarını, zərərə düşən əkinçilərin yalnız 30%-nın siğortadan kompensasiya ala bildiyinə toxunaraq, belə davam edəcəyi təqdirdə 17 mindən çox əkinçi və fermerin müflis olacağını söyləyib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar