SON XƏBƏRLƏR

"Yurdumuzun millətçi simvolu"- Lətif Həsəni Abbas Lisani ilə bağlı paylaşım edib

2022.09.05, 07:33
"Yurdumuzun millətçi simvolu"- Lətif Həsəni Abbas Lisani ilə bağlı paylaşım edib

Gunaz.tv

"Bu günlər millətimizin dəyərli övladı Abbas bəy Lisaninin tibbi məzuniyyəti Məhkəmə Tibb Hökmünün qərarına baxmayaraq Ərdəbil prokuroru tərəfindən ləğv edilərək bu əziz soydaşımız zindana göndərildi.

İran adlanan ölkədə hakimiyyətin ən dəyərsiz saydıqlarından biri insan həyatıdır, özəlliklə Abbas bəy Lisani kimi rejimin qəzəbinə tuş gələn insanların həyatına daha laqeyd yanaşır.
Abbas bəy hakimiyyəti sarsıdan fəaliyyətlərinin dördüncü on illiyindədir.

Cismən xəstələnsə də ruh durumu yorulmadan, sarsılmadan daha kəskin, daha ciddi ilk fəaliyyətinə başladığı kimidir.

O, yurdumuzda simvola çevrilmiş bir millətçi olduğu üçün hakimiyyətin qəzəbinə tuş gəlib"-deyə, Lətif Həsəni bildirib.

Lətif Həsəni deyib ki, işgəncə, zindan, sürgün və başqa bu kimi basqılara məruz qalmasına baxmayaraq, millətçi maskası taxan bir sıra yaramazların böhtan və töhmət hədəfinə çevrilib, ona çeşidli damğalar vurulub:

"Millətçi olmaq bu tikanlı, daşlı yollarda, millətinin görən gözü, sevən ürəyi, düşünən beyni olmaq deməkdir.

Millətçi olmaq dilimizi, vətənimizi, millətimizi sevmək, onları bu ölümcül durumdan qurtarıb daha yararlı duruma gətirmək deməkdir.

Hər hansı bir millətin yetərincə millətçisi olmazsa, millət faciə ilə üzləşər, qurudulan gölünü, məhv olan dilini, kimliyinin alçaldığını görə bilməz. Günü-gündən özgələşib başqa millətlərin qulu, köləsinə çevrilər.

Yaşasın Abbas bəy kimi millətçilərimiz və millətçilərimizin ideyaları əsasında formalaşan millətimiz, dilimiz və mədəniyyətimiz".

Lətif Həsəni yazısının sonuna Abbas bəy Lisaniyə həsr etdiyi şeirini də qeyd edib.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar