SON XƏBƏRLƏR

Urmiyə həbsxanasında fövqəladə vəziyyət elan olunub

2021.10.20, 07:36
Urmiyə həbsxanasında fövqəladə vəziyyət elan olunub

Gunaz.tv
Urmiyə həbsxanasında fövqəladə vəziyyət elan olunub DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən bu gün səhərdən Urmiyənin mərkəzi həbsxanasında siyasi məhbusların saxlanıldığı 13-cü bənd bütün texniki və lazım olan imkanlardan məhrum edilərək 13-cü bəndin qapıları bağladılıb. Orda saxlanılan milli hərəkat fəallarına həbsxanadan xaric bütün əlaqələr dayandırılıb. Həbsxana məmurlarına yaxın mənbələrdən bildirilib ki,bu fövqəladə vəziyyət yalnız siyasi məhbuslar üçün nəzərdə tutulub. May ayının 24-nə qədər davam edəcəyini bildirib. O əlavə edib ki, Urmiyə həbsxanasında yeni məhbsuların gətirilməsi ehtimalına hazırlıq işləri görülür. Ümumilikdə fövqəladə vəziyyətin Güney Azərbaycanın bütün şəhərlərində və həbsxanalarında həyata keçirilməsi may hadisələrinin ikinici ildönümü ilə əlaqəlidir. Xatırladaq ki, Urmiyə həbsxanasında saxlanılan çoxlu sayda milli hərəkat fəalının ikisi Vəhid Bahadiri və Firidun Mehdipur həbsxana məmurlarına müqavimət göstərdiklərinə görə təknəfərlik kameralara yerləşdirilib. www.dak.az -------------------------------------------------------------------------------------- Rusiya xislətini dəyişmir Rusiya artıq ikinci ildir ki, dünyanın ən sakit və sülhsevər dövlətlərinin siyahısında sonuncu yerlərdən birini tutur. Böyük Britaniyadakı nüfuzlu "The Economist" жurnalının "Economist İntteligence Unit" (EİU) araşdırma şirkətinin hazırladığı və 140 ölkənin qiymətləndirildiyi "Qlobal Sülh İndeksi" (Global Peace İndex) reytinqdə Rusiya 131-ci yerdədir. Rusiyadan sonrakı yerləri Livan, Şimali Koreya, Mərkəzi Afrika Respublikası, Çad, İsrail, Somali, Əfqanıstan, Sudan və İraq tutublar. Rusiya ötən il 121 ölkə arasında 118-ci olmuşdu. ABŞ və Çinə gəldikdə isə, onlarda ən sakit və sülhpərvər ölkələr sayılmayıb. "Qlobal Sülh İndeksi"ndə Birləşmiş Ştatlar 97-ci, Çin isə 67-ci pillədə bərqərar olub. Dünyada ən sülhpərvər ölkə isə reytinqin debütantı İslandiya olub. Ötənilki lider Norveç üçüncü yerə düşüb, ikinci yeri isə əvvəllər üçüncü olmuş Danimarka tutub. İlk onluqda sonrakı yerlərdə Yeni Zelandiya, Yaponiya, İrlandiya, Portuqaliya, Finlyandiya, Lüksemburq və Avstriya var. Reytin hazırlanarkən dünya dövlətləri bir çox amillər, o cümlədən 100 min nəfərə düşən hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilərin sayı, ölkə büdcəsində müdafiə xərclərinin faizi, həbsxanadakı məhbusların sayı, cinayətkarlıq səviyyəsi, etiraz nümayişləri zamanı güc tətbiqi intensivliyi və s. nəzərə alınıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar