SON XƏBƏRLƏR

Urmiyə və Xoy şəhərinin fəalları da qarşıdakı Babək qalası yürüşünə çağırış ediblər – GÖRÜNTÜ

2021.10.20, 07:36
Urmiyə və Xoy şəhərinin fəalları da qarşıdakı Babək qalası yürüşünə çağırış ediblər – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə və Xoy şəhərlərində yaxın günlərdə keçiriləcək Babək qalası yürüşünə çağırış edilib.


Məlumata görə, Urmiyənin bir çox küçə və xiyabanlarında  divarlara ənənəvi yürüşə çağırış şüarları yazılıb. Şüarlar iyunun 27-dən azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılmağa başlayıb.


Xoy şəhərində isə fəallar divarlara bildiriş vərəqələri yapışdıraraq bütün soydaşlarımızı qarşıdakı mərasimə qatılmağa çağırıblar.


Aşağıdakı şəkillərdə göründüyü kimi, hazırda Urmiyə və Xoyda şəhərin ən hərəkətli yerlərində divarlarda “İyulun 5-i və 6-da görüşümüz Babək qalasında” yazılarına rast gəlinir.


Bu il divarlara çağırış yazıları ilk dəfə Təbrizdə iyunun 23-də yazılıb, bundan sonra iyunun 25-də Parsabadda, iyunun 26-da isə Ərdəbildə divarlara eyni mesajlar yazılaraq ənənəvi yürüşə çağırış edilib.


Güney Azərbaycanda hər il iyulun əvvəllərində Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü kimi qəbul olunan tarixdə Babək qalasına yürüş edilir, ənənəvi yürüşün bu il də baş tutacağı gözlənilir.

 

Qalaya toplaşan soydaşlarımız İran rejiminin Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətini məhkum edərək ölkədə türk millətinin demokratik və milli hüquqlarının təmin olunmasını tələb edirlər.


Bütün müşahidələr bu il Babək qalası yürüşünün geniş şəkilə keçiriləcəyini göstərir.

 

Urmiyə və Xoy şəhərindən görüntülər:

 

 

 

 

 



N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar