SON XƏBƏRLƏR

Urmu gölü ətrafında duz fırtınaları baş qaldırıb / Rus kosmonavt gölün son görüntüsünü yayıb

2021.10.20, 07:36
Urmu gölü ətrafında duz fırtınaları baş qaldırıb / Rus kosmonavt gölün son görüntüsünü yayıb

Gunaz.tv

GünAz TV: Martın 9-da Urmu gölü və onun ətraf ərazilərində duz fırtınası baş qaldırıb.

 

Fırtınaların qış fəsli çıxmadan şiddətlənməsi qarşıdakı aylarda daha ciddi problemlərin gözlənildiyindən xəbər verir.

 

Aşağıdakı videolarda fırtınanın çox şiddətli olduğu və geniş ərazini əhatə etdiyini fərq etmək mümkündür.

 

https://www.youtube.com/watch?time_continue=4&v=4Ac4fJfYLnk

 

 

Bölgədə bütün canlıların həyatı təhlükə altında olduğu halda, İran rejimi kütləvi informasiya vasitələri ilə göl haqqında yalan məlumat yayır, onun nisbi canlandırıldığını iddia edir. Halbuki, göldə su səviyyəsi tarazlığı ötən ilə nisbətən daha da aşağı düşüb, bunu hətta bir çox yerli rəsmi şəxslər də təsdiqləyir.

 

https://www.youtube.com/watch?time_continue=3&v=cyAaGvCupcI

 

Martın 8-də İran Ətraf Mühit Təşkilatının rəisi İsa Kəlantəri gölün qurumasında əsasən hökumətin rol oynadığını dolayısı yolla olsa da, etiraf edib. O bildirib ki, 3 il əvvəl gölün qurumasının səbəbi haqda elmi araşdırma aparıldı. Araşdırmanın nəticəsi göstərdi ki, gölün qurumasında 18 faiz iqlim dəyişikliyi, 82 faiz isə insan xətasının rolu olub. İsa Kəlantəri həmçinin etiraf edib ki, “Urmu gölünün quruması bölgədə genetik mutasiyalar əmələ gətirəcək. Lakin bizim bu barədə hələlik heç bir məlumatımız yoxdur.”

 

Bu arada rus kosmonavt şəxsi İnstaqram səhifəsində Urmu gölünün son vəziyyətini əks etdirən görüntü yayıb.

 

Anton Astrey havadan çəkdiyi görüntü və Urmu gölü haqda qısa məlumat da verib.

 

Şəkildə göründüyü kimi Urmu gölü son nəfəslərini çəkir. Rejim isə gölün canlandırılması ilə bağlı çaşdırıcı məlumatlar yaymaq və yalan vədlər verməklə məşğuldur.

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar