SON XƏBƏRLƏR

Urmu gölü ətrafında duz fırtınası – Video

2021.10.20, 07:36
Urmu gölü ətrafında duz fırtınası – Video

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanı güclü küləklər bürüdüyü bir vaxtda Urmu gölü ətrafında duz fırtınası baş qaldırıb.

 

Şənbə günü günorta saatlarında baş verən fırtına göl ətrafında geniş ərazini, o cümlədən meyvə bağları və əkin sahələrini bürüyüb.

 

Urmu gölünün quruması nəticəsində gölün 95 faizi qum və duz səhrasına çevrilib. Bu səbəbdən hər il göl ətrafındakı məntəqələrdə duz və qum fırtınaları baş verir. Bu fırtınalar ən azı 14 milyon insanın sağlamlığına ciddi təhlükə yaradır, bölgədə xərçəng kimi təhlükəli xəstəlikləri artırır.

 

Duz fırtınaları bölgədəki kənd təsərrüfatına da ağır ziyan vurur. Hazırda Urmiyə kəndlərində meyvə bağlarının çoxu sıradan çıxıb, ağacların üzərində duz zərrəcikləri görünür.

 

Fırtına təkcə gölə yaxın şəhər və kəndləri əhatə etmir, şiddətləndiyi zaman Ərak, Qəzvin və hətta Tehrana qədər çatır.

 

Şənbə günü Urmu gölü ətarafında çəkilən Video:

https://www.youtube.com/watch?time_continue=26&v=l9nh2ykwznA

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar