SON XƏBƏRLƏR

İranda etiraz aksiyaları zamanı 35 jurnalist həbs edilib-Jurnalistlərə Dəstək Komitəsi

2022.10.05, 10:50
İranda etiraz aksiyaları zamanı 35 jurnalist həbs edilib-Jurnalistlərə Dəstək Komitəsi

Gunaz.tv

Jurnalistlərə Dəstək Komitəsi "İran daxilindəki media xəbərləri və mənbələrinə" istinadən İranda hökumət əleyhinə nümayişləri yatırmaq üçün İslam Respublikasının təhlükəsizlik aparatı tərəfindən həbs edilən jurnalistlərin siyahısını hazırlayıb.

Hər gün yenilənən bu siyahıda indiyədək 4 oktyabr 2022-ci il axşamına kimi İranda saxlanılan 35 jurnalistin adı verilmişdi. 

Bundan bir neçə gün öncə də, Sərhədsiz Reportyorlar təşkilatı İslam Respublikasını jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmağa, məhbusları azad etməyə və azad medianın məlumat əldə etməsinə icazə verməyə çağıran bəyanat yayıb.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar