SON XƏBƏRLƏR

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023.03.28, 06:10
Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

Gunaz.tv

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 171 730 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 13 zirehli döyüş maşını, 15 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. (modern)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar