SON XƏBƏRLƏR

Rusiya Ukraynada daha 870 hərbçisini itirdi

2023.01.17, 10:28
Rusiya Ukraynada daha 870 hərbçisini itirdi

Gunaz.tv

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiyanın Ukraynadakı ümumi itkiləri 116 950 nəfərə çatıb. Həmçinin 3 tank, 11 zirehli döyüş maşını, 5 artilleriya sistemi Ukrayna qüvvələri tərəfindən məhv edilib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. (modern)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar