SON XƏBƏRLƏR

Rusiya sülhməramlıları Qarabağda atəş açdılar

2022.02.11, 10:18
Rusiya sülhməramlıları Qarabağda atəş açdılar

Gunaz.tv

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“BTR-82A-dan tək və qrup hədəflərə atış təlimləri həyata keçirilib”, - deyə rəsmi məlumatda qeyd edilib.

Həmçinin Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti atıcı silahlardan atəş hazırlığı üzrə təlimlər keçirib. Təlimlərə 10-a yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Xatırladaq ki, Rusiya sülhməramlıları Qarabağdakı 27 müşahidə məntəqəsində monitorinq aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar