SON XƏBƏRLƏR

Rusiya sentyabrda Zaporojye və Xersonda referendum keçirmək istəyir

2022.07.25, 08:14
Rusiya sentyabrda Zaporojye və Xersonda referendum keçirmək istəyir

Gunaz.tv

Bu barədə məlumatı Zaporojye vilayətinin administrasiyasının əməkdaşı Vladimir Roqov açıqlayıb.

Onun sözlərinə görə, referendumlar sentyabrın ilk yarısı baş tuta bilər.

Xatırladaq ki, Rusiya ordusu Ukraynadakı müharibə zamanı ölkənin Zaporojye və Xerson vilayətlərinə nəzarəti ələ keçirib. Xerson vilayətinin rəhbərliyi iyun ayının sonlarında regionun Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendum hazırlıqlarına başlayıb.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar