SON XƏBƏRLƏR

Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 35-ə yüksəlib

2023.01.16, 09:54
Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 35-ə yüksəlib

Gunaz.tv

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqramda bildirib.

Onun sözlərinə görə, 39 nəfər dağıntılar altından xilas edilib. Dağıntılar altında qalanaların xilas edilməsi əməliyyatı davam edir.

Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini bildirib.

Xatırladaq ki, yanvarın 15-də paytaxt Kiyev, Dnepr və başqa şəhərlər daxil omaqla Rusiya Ukraynaya raket hücumu edib. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar