SON XƏBƏRLƏR

Putin sülhməramlıların Qarabağdakı rolundan danışdı

2021.11.26, 15:20
Putin sülhməramlıların Qarabağdakı rolundan danışdı

Gunaz.tv

Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi görüşdə bildirib.

V.Putin deyib ki, Rusiya Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından biridir.

“Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir. Müxtəlif sahələrdə iki öləkənin əlaqələri davam edir”.

V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.


Putinin sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda müsbət rol oynayır, atəşkəs rejiminə nəzarət edən Rusiya-Türkiyə mərkəzi fəal işləyir. 


O qeyd edib ki, Ermənistanın baş naziri bir az sonra Qarabağdakı vəziyyəti müzakirə etmək üçün onlara qoşulacaq:


“Təəssüf ki, problemlər, hələ də qurbanlar var. Lakin bunun üçün biz nələr edildiyini və nə edilməli olduğunu görmək üçün toplaşmışıq ki, belə bir şey yaşanmasın. Vəziyyəti sakitləşdirmək üçün şərait yaradacağıq”. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar