SON XƏBƏRLƏR

Xuzistanda daha dəhşətli zəncirvari bir yol qəzası: 10 nəfər ölüb, 13 nəfər yaralanıb - FOTO

2021.12.25, 13:16
Xuzistanda daha dəhşətli zəncirvari bir yol qəzası: 10 nəfər ölüb, 13 nəfər yaralanıb - FOTO

Gunaz.tv

Xuzistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əli Phləvan mediaya açıqlamasında deyib ki, hadisə bu gün yerli vaxtla səhər saat 7:7 radələrində Əhvaz-Xürrəmşəhr magistral yolu yaxınlığındakı ərazidə baş verib.

“Beş avtomobil, o cümlədən də bir mikroavtobus və  “İsuzu” markalı bir yük maşını naməlum səbəbə görə bir-biri ilə toqquşub.

 Hadisə nəticəsində ən azı 10 nəfər yerindəcə həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar hadisə yerinə gedən əcili Tibbi Yardım Təşkilatının 12 maşını ilə xəstəxanaya çatdırılıb.

Əhvaz və Xümşəhr xəstəxanalarına yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağırdır. Hazırda ağır yol qəzasının səbəbləri araşdırılır”, -deyə Xuzistan Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əli Phləvan bildirib. 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

62129782.jpg?ts=1640413510344

تصادف زنجیره‌ای دلخراش درجاده اهواز -خرمشهر /همه کارگران فوت شدند

تصادف زنجیره‌ای دلخراش درجاده اهواز -خرمشهر /همه کارگران فوت شدند

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar