SON XƏBƏRLƏR

Xuzistanda 6 fəal silah qaçaqmalçılığı ittihamı ilə həbs edilib

2022.08.01, 08:16
Xuzistanda 6 fəal silah qaçaqmalçılığı ittihamı ilə həbs edilib

Gunaz.tv

Bu barədə İranın yarım rəsmi "İrna" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, 6 nəfərlik silah-sursat qaçaqmalçısından 5 ədəd avtomat silahı və 9 min mərminin aşkarlanaraq götürülüb.

Xuzistan əyalətinin Polis İdarəsinin başçısı Seyid Məhəmməd Salehinin bəyanatından sonra Xuzistanın ərəb sosial media fəalları bunu ərəb fəallara qarşı təzyiqlərin davamı adlandırıblar.

Onlar hökumətin ərəb fəalların və son etiraz aksiyalarında fəallıq göstərən narazıları silah qaçaqmalçısı adı ilə şərləyərək həbs edib və zərərsizləşdirməyə çalışdığını qeyd ediblər.

Qeyd edək ki, xüsusilə son aylar Xuzistan əyalətində baş verən geniş etiraz aksiyalarından sonra onlarla etnik ərəb həbs edilib.

Onların içində çox sayda jurnalist, ictimai və mədəni fəalın olmasına baxmayaraq, Tehran hökuməti onlara qarşı qaçaqmalçılıq, narkotik alverçisi və quldurluq ittihamları irəli sürüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar