SON XƏBƏRLƏR

Xuzistanda ərəb fəallar həbs edilib

2022.05.11, 06:10
Xuzistanda ərəb fəallar həbs edilib

Gunaz.tv

Sosial media fəalları və insan haqları təşkilatları mayın 10-da həbs olunan 3 ərəb fəalın naməlum istiqamətə aparıldığını bildirib. Onların nədə ittiham olunduğu ilə bağlı məlumat verilmir.

Əli Əfravi, Məcid Əfravi və İlyas Əfravinin həbsinin bundan öncə bahalıq və inflyasiyaya qarşı etiraz mitinqlərinə çağırışla bağlı ola biləcəyi bildirilir.

Bundan öncə bir neçə gün içində Xuzistan əyalətinin müxtəlif şəhərlərində onlarla ərəb vətəndaş həbs olunaraq təhlükəsizlik idarələrinin təcridxanalarına köçürülüb.

Fəalların bildirdiyinə görə, saxlanılan şəxslər barədə məlumat əldə etmək mümkün deyil və onların vəkillə təmin olunmasına icazə verilmir.

Qeyd edək ki, mayın 6-dan başlayaraq Xuzistanın Əhvaz, Susəngird, Şadiqan, İzə və Behbəhan şəhərlərində bahalıq və inflyasiyaya qarşı etiraz aksiyaları başlayıb.

Etiraz mitinqlərinin genişlənməsindən qorxuya düşən Tehran hökuməti bölgəyə çox sayda texnika və xüsusi təyinatlı dəstələr yeridib.

İnternet və telefon xidmətləri dayandırılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar