SON XƏBƏRLƏR

Xuzistanlı siyasi məhbusun həyatı təhlükədədir

2022.06.08, 06:47
Xuzistanlı siyasi məhbusun həyatı təhlükədədir

Gunaz.tv

Nazim Berihinin keçirdiyi aclıq aksiyasından sonra sağlıq durumunun ağırlaşdığı və zindandan kənar xəstəxanaya köçürüldüyü bildirilir.

Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyası insan haqları fəalı Kərim Dehimiyə istinadən yaydığı xəbərdə ömürlük həbs cəzasına məhkum edilən Nazim Berihinin bir nçə xəstəlikdən əziyyət çəkdiyini və həyatının təhlükədə olduğunu yazıb.

Etnik ərəblərin yaşadığı Xuzistan əyalətinin Şeyban şəhər həbsxanasında 17 ildir məhbus həyatı yaşayan siyasi məhbus Nazim Berihi iyunun 3-dən etibarən aclıq aksiyasına başlayıb.

Həmidiyyə şəhər sakini, 1987-ci il təvəllüdlü sözügedən siyasi məhbus uşaq yaşlarında dini təhsil alıb. O, 2005-ci ilin oktyabrın 9-da İranın hökumət qüvvələri tərəfindən həbs edilib.

Onun həbs edilərkən hələ 18 yaşının bitmədiyi bildirilir.

Nazim Berihi Əhvaz İnqilab Məhkəməsi tərəfindən "milli təhlükəsizliyə qarşı fəaliyyət", "Allaha qarşı düşmənçilik" və "yer üzündə fitnə-fəsad törətmək" kimi saxta ittihamlarla ömürlük həbsə məhkum edilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar