SON XƏBƏRLƏR

ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

2023.01.12, 09:40
ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Gunaz.tv

Məlumatı “The Wall Street Journal” yayıb.

Bildirilib ki, yeni qadağalar Rusiyanın neft məhsullarının qiymətini məhdudlaşdırmağı nəzərdə tutur.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin rəsmiləri bu həftə Avropada məsələ ilə bağlı görüşlərə başlayıb. Sanksiyanın fevralın 5-dən qüvvəyə minəcəyi gözlənilir.

Jurnal qeyd edib ki, Rusiyanın neft məhsulları üçün iki qiymət həddinin müəyyənləşdirilməsi planlaşdırılır: biri yüksək qiymətli ixrac mallarına, xüsusən dizel yanacağına, digəri isə mazut kimi aşağı qiymətli mallara təsir edəcək. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar