SON XƏBƏRLƏR

"İran Ukrayna xalqının qətlində şərik olub"-Ağ Ev

2022.11.02, 10:50
"İran Ukrayna xalqının qətlində şərik olub"-Ağ Ev

Gunaz.tv

İranın Rusiyaya raket və pilotsuz təyyarələr də daxil olmaqla, silah-sursat göndərməsinə toxunaraq, Ağ Ev bəyan edib ki, Tehran Rusiyaya kamikadze pilotsuz təyyarələr verməklə ukraynalıların öldürülməsində Moskva ilə şərikdir.

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi noyabrın 10-da deyib ki, İran rejimi rusları silahlandırmaqla “günahsız ukraynalıların öldürülməsində iştirak edir və əslində Tehrandakı hakim rejim açıq şəkildə və həvəslə Ukrayna torpaqlarında günahsız vətəndaşların qətliamında rol oynayır".

Ağ Evin Milli Təhlükəsizlik sözçünün bu bəyanatı CNN-nin Qərb rəsmilərinə istinadən İranın Rusiyaya göndərdiyi son silah tədarükünə təxminən 450 pilotsuz uçan təyyarənin daxil edildiyi barədə yaydığı məlumatla eyni vaxta təsadüf edir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar