SON XƏBƏRLƏR

Ağ Ev: "İran Amerika vətəndaşlarına hücum edərsə, ağır nəticələrlə üzləşəcək"

2022.08.11, 06:24
Ağ Ev: "İran Amerika vətəndaşlarına hücum edərsə, ağır nəticələrlə üzləşəcək"

Gunaz.tv

Cek Sollivan İranın Con Boltonu öldürmək planına cavab olaraq bildirib ki, Bayden administrasiyası Amerika vətəndaşlarını müdafiə etmək cəhdlərini dayandırmayacaq.

"Əgər İran Amerika vətəndaşlarına, o cümlədən bu ölkənin keçmiş rəsmilərinə hücum etsə, ağır nəticələrlə üzləşəcək"-deyə, o bildirib.

"Aksios" internet saytı Amerikanın keçmiş dövlət katibi Mayk Pompeoya yaxın mənbəyə istinadən maraqlı məlumat dərc edib.

Saytın məlumatına görə, Amerika Ədliyyə Nazirliyi Pompeoya bildirib ki, Con Boltondan sonra İranın sui-qəsd hədəfində olan ikinci şəxs odur.

Amerika Dövlət Departamentinin keçmiş sözçüsü Morqan Orteqas isə İranın Con Boltonu öldürmək planına baxmayaraq, Bayden administrasiyasının hələ də nüvə danışıqlarını canlandırmaq cəhdlərini davam etdirməsini sərt tənqid edib.

"Bayden administrasiyası hələ də nüvə danışıqlarını canlandırmaq üçün danışıqları davam etdirməyə çalışır və görünür ki, İran Amerikanın keçmiş rəsmilərindən birini öldürdüyü zaman hərəkətə keçməyi nəzərdən keçirəcək.

Biz İranın Amerika liderlərini öldürməsini gözləyə bilmərik"-deyə, Orteqas bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar