SON XƏBƏRLƏR

Ağ Ev İrandakı saxta məhkəmələrin keçirilməsindən narahatlığını ifadə edib

2022.11.15, 08:50
Ağ Ev İrandakı saxta məhkəmələrin keçirilməsindən narahatlığını ifadə edib

Gunaz.tv

"İrandan gələn kütləvi həbslər, saxta məhkəmələr və öz xalqının əsas ləyaqətini və azadlığını sistematik şəkildə inkar edən hökumətə qarşı qanuni tələblər irəli sürən etirazçılar üçün ölüm hökmləri ilə bağlı xəbərlərdən dərin narahatıq" ,-deyə, Ağ Evin milli təhlükəsizlik müşaviri bildirib.

O, İranda şgəncələr və edamlar barədə məlumatlar aldıqlarını, dünyanın İranı izlədiyini və Tehran hökuməti tərəfindən insan haqlarının pozulmasının cavabsız qalmamalı olduğunu deyib.

Sollivan Birləşmiş Ştatların dünya üzrə müttəfiqləri ilə birlikdə bu sui-istifadələrə görə İran məsullarını sanksiyalar və digər vasitələrlə məsuliyyətə cəlb etməyə davam edəcəyinə sözm verib.

Sollivan əlavə edib ki, Birləşmiş Ştatlar bazar ertəsi Avropa İttifaqı və Böyük Britaniyanın etirazçılara qarşı zorakılıq yolu ilə basqılarda iştirak edən 29 şəxs və üç İran qurumuna qarşı tətbiq etdiyi yeni sanksiyaları alqışlayır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar