SON XƏBƏRLƏR

BMT və Avropa Birliyi internetə məhdudiyyətlə bağlı xəbərdarlıq edib

2022.06.30, 11:15
BMT və Avropa Birliyi internetə məhdudiyyətlə bağlı xəbərdarlıq edib

Gunaz.tv

Bəyanatda vətəndaşların azadlıq və insan hüquqlarının müdafiəsində Avropa Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığı vurğulanıb.

Qeyd edək ki, BMT və Avropa Birliyinin xəbərdarlığı, İranın ali rəhbəri Əli Xameneyinin iki gün öncə  ədliyyə sisteminin işçiləri ilə görüşərək kiber məkanda daha sərt məhdudiyyətlər tələb etməsindən sonraya təsadüf edir.

Əli Xameneyi iyunun 28-də məhkəmə sistemi işçiləri ilə görüşündə bir daha kiberməkana qarşı sərt tədbirlərin görülməsinə və bu sahədə yeni qanunların qəbuluna çağırıb.

"Arada bir kiberməkanda bir şayiə yayıb və xalqı narahat edirlər. Bu, vətəndaşların psixoloji təhlükəsizliyini pozur. Məhkəmə sistemi bunun qarşısını almaq üçün daha sərt tədbirlər görməlidir.

Dünənə kimi bu işi qəzetlər görürdülər. İndi isə buna kiber məkan da qoşulub"-deyə, Xameneyi bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar