SON XƏBƏRLƏR

Evin həbsxanasında saxlanılan 16 qadın siyasi məhbus etiraz məktubu yazdı

2022.08.23, 04:53
Evin həbsxanasında saxlanılan 16 qadın siyasi məhbus etiraz məktubu yazdı

Gunaz.tv

Nərgiz Məhəmmədi, Həsti Əmiri, Nərgiz Ədib, Fəriba Əsadi, Sepide Qalian, Gülara Abbasi, Səba Kordafşari və Aliyə Mətlabzade tərəfindən imzalanan bu məktubda Evin həbsxanasının qadın bölməsində koronavirusun tüğyan etdiyi bildirilir.

Məktubda çox sayda məhbusun virusa yoluxduğu qeyd olunur.

Həmçinin belə bir şəraitdə insanların sayının cəzaçəkmə müəssisəsinin sahəsi və imkanları ilə mütənasib olmadığını bildirilir, yoluxmuş şəxslərin təcrid olunması və karantinə alınması üçün yetərli yer çatışmazlığının məhbusların həyatını təhlükə altında qoyduğu vurğulanır.

Siyasi məhbuslar Əsəl Məhəmmədi və Səmin Ehsani hüquq müdafiəçiləri və ictimai fəallara koronavirusa yoluxduqdan sonra heç bir tibbi yardım göstərilmədiyini vurğulayıb, təkadamlıq kameraya salınan bu şəxslərə heç bir dərman preparatı verilmədiyini bildiriblər. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar