SON XƏBƏRLƏR

Siyasi məhbus Əkbər Nəimi məzuniyyət hüququndan istifadə edə bilmir

2022.07.20, 04:02
Siyasi məhbus Əkbər Nəimi məzuniyyət hüququndan istifadə edə bilmir

Gunaz.tv

Ötən bir il ərzində Nəimi qanunla nəzərdə tutulmuş məzuniyyət hüququndan istifadə edə bilməyib.

Fəalın yaxınlarının verdiyi məlumata görə, Əkbər Nəimi bütün basqılara və hüquqlarının pozulmasına baxmayaraq yaxşı əhval-ruhiyyədədir.

Onların dediyinə görə, Nəimi həbs edilmədən qısa müddət öncə tvitter hesabında etdiyi paylaşımda "Arxayınıq, Azərbaycan xalqı bir gün xoşbəxtliyi dadacaq" yazıb. Bu, onun zindanda da ümidli və nikbin olduğunu göstərir.

Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilərək məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq" ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi yanvarın 22-i 2021-ci ildə çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılmış, sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan" dərnəyinin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar