SON XƏBƏRLƏR

Dövlət qurumları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji araşdırma aparmaq üçün mütəxəssislər göndərib

2022.12.03, 15:53
Dövlət qurumları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji araşdırma aparmaq üçün mütəxəssislər göndərib

Gunaz.tv

Bu barədə ETSN-dən məlumat verilib.

2022-ci il 3 dekabr tarixində saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

"Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda bildirilib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar