SON XƏBƏRLƏR

Avropa Parlamentində İran əleyhinə qətnamə qəbul ediləcək

2022.02.17, 03:02
Avropa Parlamentində İran əleyhinə qətnamə qəbul ediləcək

Gunaz.tv

O, bu barədə fevralın 14-də özünün tvitter hesabında paylaşım edib.

Onun bildirdiyinə görə, Avropa Parlamenti onun və Avropa Xalq Partiyasının təşəbbüsü ilə təklif edilən sözügedən qətnaməni bu həftə ərzində qəbul edəcək.

Sonda Leqa İran rejiminin hər il yüzlərlə günahsız insanı edam etdiyini, İran-İsveç vətəndaşı olan alim Əhmədrza Cəlaliyə işgəncə verilərək ondan məcburi etiraflar alındığını və barəsində edam hökmü çıxarıldığını bildirib.

Beynəlxalq Əfv Təşkilatının ötən ilin may ayında açıqladığı son illik hesabatına görə, 2020-ci ildə İranda 246 edam cəzası icra edilib.

Bu, o deməkdir ki, eyni ildə dünyada icra edilən 483 edam cəzasının yarısı yalnız İranda həyata keçirilib.

Qeyd edək ki, iinsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

Beynəlxalq Əfv Təşkilatı İran İslam Respublikasını "uşaq cinayətkarların" edamının davam etdiyi yeganə ölkə adlandırıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar