SON XƏBƏRLƏR

Avropa Birliyi etirazçıların hüquqlarının pozulmasına görə İran rejiminə sanksiyalar tətbiq edir

2022.10.04, 07:02
Avropa Birliyi etirazçıların hüquqlarının pozulmasına görə İran rejiminə sanksiyalar tətbiq edir

Gunaz.tv

Oktyabrın 3-də "Reuters" xəbər agentliyi Almaniya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verib ki, İranda qadın hüquqlarına qarşı etirazların zorakılıqla yatırılmasına görə, Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiya Avropa Birliyinin Tehran rejiminə qarşı yeni sanksiyaları üçün 16 təklif təqdim ediblər.

Bu mənbə onu da bildirib ki, bu ölkələrin təklif etdiyi tədbirlər gənc qadının əxlaq patrulu tərəfindən həbsindən sonra öldürülməsi ilə alovlanan ümummilli etirazların yatırılmasında əsas məsul olan şəxslər və qurumları hədəf alır.

Bu xəbəri ilk dəfə dərc edən Almaniyanın “Spiegel” jurnalı da yazıb ki, bu təklif olunan sanksiyalar oktyabrın 17-də Avropa Birliyinin xarici işlər nazirlərinin toplantısında rəsmi şəkildə təqdim olunmalı və qərar verilməlidir. 

"Spiegel" həmçinin bildirib ki, Avropa Birliyi üzvlərinin bu məsələyə qarşı çıxmaları gözlənilmir.

"Hazırda bu təkliflərin tam şəkildə həyata keçirilməsi üzərində işləyirik",- deyə, Almaniyanın Xarici İşlər Nazirliyindəki qaynaq bildirib.

Almaniyanın xarici işlər naziri Analena Berbuk da oktyabrın 3-də deyib ki, İranın etirazları yatırması “təlimdən və azadlığın gücündən qorxunu ifadə edir”.

O, çıxışının davamında iranlı etirazçılara daha çox dəstək tədbirlərini açıqlayıb və yeni sanksiyaların tətbiq olunacağını təsdiqləyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar