SON XƏBƏRLƏR

Avropa Birliyinin nümayəndəsi güneyli alimin edam hökmünün ləğv edilməsini istəyib

2022.05.13, 08:10
Avropa Birliyinin nümayəndəsi güneyli alimin edam hökmünün ləğv edilməsini istəyib

Gunaz.tv

Avropa Birliyinin ali nümayəndəsi və nüvə danışıqlarında baş müzakirəçi Enrike Mora güney azərbaycanlı alim Əhmədrza Cəlaliyə dəstək verib və İran hökumətini alimin edam hökmünü ləğv etməyə çağırıb.

O, mayın 13-də özünün tvetter hesabında paylaşım edərək İran-İsveç vətəndaşı olan Cəlalinin edamına qarşı olduğunu və onun azadlığa buraxılmasını istəyib.

Qeyd edək ki, Enrike Mora mayın 10-da nüvə danışıqlarının davam etdirilməsinə mane olan şərtləri müzakirə etmək üçün Tehrana səfər etmişdi.

Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub. 

Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar