Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib

04.07.2022, 14:45

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub.

Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib.

Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd edib və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb. (report.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanda ammonyak qaz borusu partlayıb-Ölən və yaralananlar var

2022-08-10

gun az article

"Onun divarda “Ya Hüseyn” yazması dini məsələ deyil"-Əhməd Obalı-VİDEO

2022-08-09

gun az article

Muğanda "yaşıl soyqırım": Yüzlərlə çoxillik ağac kəsilib-VİDEO

2022-08-09

gun az article

Milli fəal Ruzbeh Pirinin xəstəxanaya köçürülməsinə icazə verilmir

2022-08-09

gun az article

Urmu gölü ilə bağlı son durum açıqlandı: Su həcmi ekoloji vəziyyətlə müqayisədə 88 faiz azalıb

2022-08-09

gun az article

Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"-Xanımı

2022-08-09

gun az article

“Parlaq gələcək”də müzakirə: “İran terrorçuluğunda yeni gəlişmələr” və “Şuubiyyə, Məhərrəmlik və pan-İranizmin tavrları”- VİDEO

2022-08-09

gun az article

Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

2022-08-09

gun az article

Əhərdə işsizlərin sayı artıb

2022-08-09

gun az article

Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb

2022-08-08

gun az article

Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya-VİDEO

2022-08-08

gun az article

"Yarpaq" ekoloji cəmiyyəti Xoyda aksiya keçirib-FOTO

2022-08-08

gun az article

Təbrizdə SEPAH və "Bəsic" üzvləri Azərbaycan konsulluğunun binasına dini bayraq asıblar

2022-08-08

gun az article

"İran-Rusiya əlaqələrinin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub"-Millət vəkili

2022-08-08

gun az article

Azadlıq səsi: “Güney Azərbaycan azadlıq hərəkatının terror təşkilatlarına mövqeyi”-VİDEO

2022-08-08

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “İranın Quzey Azərbaycanı qarışdırma siyasəti”- VİDEO

2022-08-08

gun az article

Ərdəbilin parça fabrikində yüzlərlə işçinin əmək haqqı ödənilmir

2022-08-08

gun az article

Salmas zindanında məhbuslar ağır durumda saxlanılır

2022-08-08

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı afişalar yayılıb

2022-08-08

gun az article

Güneyli məhbus rejissor Cəfər Pənahi koronovirusa yoluxub

2022-08-08