SON XƏBƏRLƏR

Avropa Şurasından İrana tələb: "Etirazçılara qarşı zorakılığa dərhal son qoyulsun"

2022.09.26, 07:40
Avropa Şurasından İrana tələb: "Etirazçılara qarşı zorakılığa dərhal son qoyulsun"

Gunaz.tv

Qurum İslam Respublikası tərəfindən dinc etirazlara qarşı qeyri-mütənasib və geniş yayılmış zorakılığı, internet və vətəndaşların sosial şəbəkəyə çıxışını kəsməsini əsassız və qəbuledilməz adlandırıb.

Avropa Şurası həmçinin İranın hakimiyyət orqanlarını və təhlükəsizlik qüvvələrini bu ölkənin də imzaladığı Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakta olan prinsiplərə riayət etməyə çağırıb.

"Keçən həftə əxlaq polisinin nəzarətində olan və məmurların yaramaz davranışı nəticəsində Məhsa Əmininin ölümündən sonra iranlı kişilər və qadınlar toplaşmaq və etiraz etmək üçün əsas hüquqlarından istifadə ediblər:

Onların təmkinli olmaq tələblərinə baxmayaraq, çoxsaylı hesabatlar göstərir ki, etirazçılara qarşı İranın təhlükəsizlik qüvvələri və polisinin reaksiyası qeyri-mütənasib olub, insan itkisinə və çox sayda insanın yaralanmasına səbəb olub",- deyə, Avropa Şurasının bəyanatında bildirilib.

Bundan əlavə, Avropa Şurası İran hakimiyyətinin internetə çıxışa məhdudiyyətləri gücləndirməsini və mesajlaşma platformalarını bloklamaq qərarını ifadə azadlığının açıq şəkildə pozulması kimi dəyərləndirib.

Şura İran xalqının dünyanın hər yerində olduğu kimi dinc etiraz etmək hüququnun olduğunu və bu hüququn istənilən şəraitdə təmin edilməsinin vacibliyini qeyd edib.

Avropa Şurası həmçinin İran hökumətindən ölənlərin və həbs olunanların sayı barədə məlumat verməsini və dinc etirazlar zamanı həbs olunanların hamısının azad edilməsini istəyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar