SON XƏBƏRLƏR

Avstraliya hökuməti İranda məktəbli qızların zəhərlənməsindən narahat olduğunu bildirib

2023.03.02, 10:32
Avstraliya hökuməti İranda məktəbli qızların zəhərlənməsindən narahat olduğunu bildirib

Gunaz.tv

Bu barədə martın 1-də Avstraliya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Biz vəziyyəti fəal şəkildə izləyirik və hadisələri yaxından izləyirik",- bəyanatda qeyd edilib.

Bununla yanaşı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da hadisə ilə bağlı açıqlama verib.

O, bu hadisələri çox narahatedici adlandırıb və İranın hökumət orqanlarını bu məsələyə aydınlıq gətirməkdə məsul hesab edib.

Qeyd edək ki, son vaxtlar İranın Qum və Brucerd şəhərlərində baş verən zəhərlənmə halları artıq ölkənin onlarla şəhərində də təkrar olmaqdadır.

Zəhərlənmə nəticəsində yüzlərlə şagird xəstəxanalara yerləşdirilib, onların valideynləri etiraz aksiyaları keçiriblər.

İran rəsmiləri ilk günlər bu barədə yayılan məlumatları təkzib etsə də, sonradan zəhərlənmə faktlarını təsdiq edib və bunun təxribat olduğunu iddia edib.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar