SON XƏBƏRLƏR

Xaricdəki diaspor təşkilatlarımızla «Avroviziya-2008»lə bağlı iş aparılıb

2021.10.20, 07:36
Xaricdəki diaspor təşkilatlarımızla «Avroviziya-2008»lə bağlı iş aparılıb

Gunaz.tv
«Xaricdəki diaspor təşkilatlarımızla «Avroviziya-2008»lə bağlı iş aparılıb» eurovision-azerb.jpg İlham Məmmədov: «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Rusiya, Niderland və Belçikadakı soydaşlarımıza daha çox ümid bəsləyir» Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (XYAİÜDK) Qərbi və Şərqi Avropa ölkələrindəki aparıсı diaspor təşkilatlarının rəhbərləri, eləcə də maddi cəhətdən imkanlı soydaşlarımıza tövsiyə edib ki, «Avroviziya-2008» müsabiqəsində Azərbaycan təmsilçilərinə dəstək versinlər. Məlumatı ANS PRESS-ə XYAİÜDK-nin şöbə müdiri İlham Məmmədov verib. Onun sözlərinə görə, yerli əhali ilə də söhbətlər aparılıb: «Tərəfimizdən türk diaspor təşkilatları ilə də danışıqlar aparılıb. Çünki, biz Türkiyə ilə fərqli yarımqruplarda olduğumuzdan, türk diaspor təşkilatları Azərbaycana səs verə bilərlər. Qərbi və Şərqi Avropa ölkələrindəki səfirliklərimizlə də danışıqlarımız olub. Səfirliklərlə diaspor təşkilatlarının fəaliyyəti əlaqələndirilib». İlham Məmmədovun sözlərinə görə, XYAİÜDK azərbaycanlıların daha çox yaşadığı ölkələrə yox, əhalisi daha az olan ölkələrə üstünlük verir. Çünki, əhalisi çox olan ölkələrdə nə qədər çox azərbaycanlı yaşasa da, orada yüksək nəticə əldə etmək çətindir. Lakin bir neçə ölkə var ki, Dövlət Komitəsi onların səsinə böyük ümid bəsləyir: «Məsələn, Niderlanda ümid bəsləyirik. Orada bizim həmvətənlərimiz fəal olacaqlar. Belçikaya, Rusiyaya ümidimiz böyükdür. Ümid edirik ki, İngiltərədəki həmvətənlərimiz fəallıq nümayiş etdirəcəklər. İspaniya, Moldova, Polşadakı həmvətənlərimizlə danışmışıq. Bir sözlə, daxil olduğumuz yarımqrupdakı 18 ölkənin hamısındakı diaspor təşkilatları ilə əlaqəmiz olub».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar