SON XƏBƏRLƏR

Xiyavda reproduktivliyə kömək edən dərmanlar 500 baş qoyun arasında ölüm və zəhərlənməyə səbəb olub

2021.10.20, 07:36
Xiyavda reproduktivliyə kömək edən dərmanlar 500 baş qoyun arasında ölüm və zəhərlənməyə səbəb olub

Gunaz.tv

GünAz TV: Meşkinşəhrdə (Xiyav) heyvanlarda reproduktivliyə (hamiləlik) artırılması üçün istifadə edilən dərmanlar 500 baş xırda buynuzlu heyvanın ölüm və zəhənlənməsi ilə nəticələnib.

 

Meşkinşəhr Baytarlıq Şəbəkəsinin rəhbəri, doktor Ramin Aryanın dediklərinə görə, bəzi qışlaq və kəndlərdə çoxlu sayda heyvanın tələb olması ilə bağlı onlara məlumat daxil olduqdan sonra həmin bölgələrə mütəxəssislər göndəriblər.

 

“İlkin araşdırmalar və fermerlərin dedikləri göstərir ki, heyvanlar hamiləliyin artırılması üçün istifadə edilmiş dərmanlar nəticəsində ölüblər”, - deyə Ramin Arya əlavə edib.

 

O, 50-dən çox heyvanın öldüyünü, təqribən 450-yə yaxınının isə zəhərləndiriyi deyib. Ramin Arya qeyd edib ki, tələf olmuş heyvanlardan götürülmüş nümunələr məsələni daha dəqiq araşdırmaq üçün Tehranda yerləşən laboratoriyaya göndərilib.

 

Rəsmi sonda fermerlərə hər hansı dərmandan istifadə etməmişdən öncə Baytarlıq İdarəsi ilə məsləhətləşməyi tövsiyə edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar