SON XƏBƏRLƏR

Xudafərində azərbaycanlı fəala qarşı sui-qəsd olub - GÖRÜNTÜ

2021.10.20, 07:36
Xudafərində azərbaycanlı fəala qarşı sui-qəsd olub - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xudafərin şəhərində azərbaycanlı fəal Şükür Qəhrəmanifərd hökumətin sivil məmurları tərəfindən sui-qəsdə məruz qalıb.

 

Fevralın 3-də baş verən hadisədə azərbaycanlı fəalın ağır yaralanaraq xəstəxanalıq olduğu bildirilir.

 

Şükür Qəhrəmanifərd şənbə günü saat 15 radələrində öz evinin önündə avtomobildən düşdükdən sonra hücuma məruz qalıb. Məlumata görə, Xudafərin bəndinə nəzarət edən Mohab Qüds Şirkətinin quldur işçisi Rəfiulla Əhmədpur azərbaycanlı müəllimə daş və dəyənəklə hücum edib. Qəfil hücuma məruz qalan azərbaycanlı müəllim aldığı zərbələrdən ağır yaralanıb, o ailəsi tərəfindən Kəleybərin Xomeyni Xəstəxanasına çatdırılıb.

 

Azğın məmurun çalışdığı şirkət İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) bağlıdır. Rəfiulla Əhmədpur, Araz Azad Ticarət Məntəqəsinin Təhlükəsizlik Bölümünün rəisi və Ettelaat İdarəsinin keçmiş əməkdaşı Hidayət Əhmədpurun doğma qardaşıdır. Hücum hadisəsinin məhz belə bir hökumət məmuru tərəfindən törədilməsi xüsusi diqqət çəkir.

 

Şükür Qəhrəmanifərd Xudafərin şəhərciyi (Araz şəhərciyi) sakinidir, o məntəqənin mədəni fəallarından biri kimi tanınır.

 

Azərbaycanlı fəal son vaxtlar Araz Azad Ticarət Məntəqəsi Təşkilatını ayrı-seçkilik və korrupsiyaya yol verdiyi üçün kəskin tənqid edib, təşkilatın fəaliyyətində düzəliş edilməsini tələb etmişdir.

 

Fəal ötən günlərdə bir neçə dəfə telefon vasitəsi ilə təhdid edilib.

 

Şükür Qəhrəmanifərd mədəni sahədə apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və bir çox təzyiqlərə məruz qalıb.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar