SON XƏBƏRLƏR

Yaponiya İmperatoru taxtdan imtina ərəfəsində

2021.10.20, 07:36
Yaponiya İmperatoru taxtdan imtina ərəfəsində

Gunaz.tv

GünAz TV: Aprelin 26-da Yaponiya İmperatoru Akihito və İmperatriçə Miçiko taxtdan imtina ərəfəsində ictimaiyyətin iştirakı ilə son tədbirdə iştirak ediblər. 

 

SİA xəbər verir ki, İmperator cütlüyü canlı təbiətin tədqiqi sahəsində mühüm uğurlar qazanmış alimlərin və ətraf mühitin mühafizəsində fərqlənənlərin mükafatlandırılması mərasimində iştirak edib.

 

Qeyd edək ki, MIDORI akademik mükafatı mayın 4-də keçirilən Yaşıllaşdırma günü ərəfəsində hər il təqdim edilir. İmperator cütlüyü 2007-ci ildə təsis edilmiş bu mükafatın təqdim olunması mərasimlərinin demək olar ki, hamısında iştirak edib.

 

Mükafatlar təqdim edildikdən sonra laureatlara yaxınlaşan İmperator cütlüyü onları təbrik edib.

 

Bildirilir ki, bu tədbirdən sonra 85 yaşlı İmperator və 84 yaşlı İmperatriçə ayın sonunda təşkil ediləcək taxtdan imtina mərasiminədək İmperator sarayında dincələcəklər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar