SON XƏBƏRLƏR

Yaponiya xarici işlər nazirindən Zərifə: “İran öz nüvə öhdəliklərinə əməl etsin”

2021.10.20, 07:36
Yaponiya xarici işlər nazirindən Zərifə: “İran öz nüvə öhdəliklərinə əməl etsin”

Gunaz.tv

GünAz TV: Yaponiyanın xarici işlər naziri Taro Kono öz iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündə İranı öz nüvə öhdəliklərinə bütövlükdə əməl etməyə çağırıb.

 

O bildirib ki, Zəriflə görüşü zamanı tərəflər Yaponiya ilə İran arasında kompakt danışıqların davam etdirilməsinin zəruri olduğunu bir daha vurğulayıblar.

 

“Zəriflə görüşüm zamanı onun diqqətinə çatdırdım ki, İran nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli, bu razılaşmanın qanuni qüvvədən düşməsilə nəticələnən hər bir addımdan çəkinməlidir. Yaponiya nüvə razılaşmasının qanuni sənəd kimi qüvvədə qalmasının tərəfdarıdır”- deyə Taro Kono əlavə edib.

 

Xatırladaq ki, cari ilin may ayının 8-də, Amerikanın nüvə razılaşmasından çıxmasının 1-ci il dönümündə sözügedən anlaşma çərçivəsində üzərinə götürdüyü bəzi öhdəlikləri dayandıracağını bəyan etmişdi.

 

Bir müddətdən sonra rəsmi Tehran 1-ci mərhələdə zənginləşdirilmiş uran ehtiyatı, 2-cidə isə uranın zənginləşdirilməsi ilə bağlı tətbiq edilmiş 3.67%-lik məhdudiyyətə artıq əməl etməyəcəyini bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar