SON XƏBƏRLƏR

Yaşar Piri və Ruzbeh Piriyə qarşı 5 ittiham irəli sürülüb

2021.10.20, 07:36
Yaşar Piri və Ruzbeh Piriyə qarşı 5 ittiham irəli sürülüb

Gunaz.tv

GünAz TV: İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanılan iki güney azərbaycanlı fəala qarşı 5 ittiham irəli sürülüb.

 

Məlumata görə, Təbriz Şəhər Prokurorluğu hazırladığı iddianamədə Ruzbeh Piri və Yaşar Piriyə qarşı 5 ittiham irəli sürüb, iddianamə Təbrizin İnqilab Məhkəməsinə göndərilib.

 

Piri qardaşları “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə sözləşmə və toplaşma”, “fəaliyyəti ölkədə təhlükəsizliyi pozmağa yönələn qruplarda üzv olmaq”, “sistemə müxalif olan qrupların xeyirinə olaraq İran İslam Cümhuriyyətinə qarşı təbliğat aparmaq”, “noyabrın 16-da yığıncağa qatılaraq qeyri-adi hərəkətləri ilə ictimai asayişi pozmaq” və “təhlükəsizlik qüvvələrinin qanuni tələblərinə tabe olmamaq” kimi qondarma ittihamlarla üzləşib.

 

Məlumata görə, Yaşar Piri Təbrizdə kitabxanada, Ruzbeh Piri isə öz evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

44 gün əvvəl saxlanılan fəallar 26 gün təknəfərlik kamerada saxlanıldıqdan sonra Təbrizin Mərkəzi Zindanına köçürülüb.

 

Piri qardaşlarının müvəqqəti saxlanması haqda ilk öncə 1 aylıq qərar çıxarılıb, saxlanma qərarının müddəti sonra daha bir ay uzadılıb.

 

Məlumata görə, məsullar fəallara azadlığa buraxılmadıqlarının səbəbini açıqlamadan sənəddə “mülki vəsiqə təmin edilmədiyi” üçün saxlanma müddətinin uzadıldığını qeyd ediblər.

 

Təbriz Azad Universitetinin məzunu Yaşar Piri hüquq ixtisası üzrə təhsil alıb. Ruzbeh Piri isə kompüter mühəndisidir, o hazırda hüquq ixtisası üzrə təhsil alır.

 

Piri qardaşları bundan əvvəl də insan hüquqları, ətraf mühit və heyvan hüquqları ilə bağlı apardıqları mədəni fəaliyyətlərinə görə təhlükəsizlik orqanlarının ağır  təzyiqlərinə məruz qalıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar