Azərbaycanın BMT-dəki daimi nümayəndəsi erməni diplomatı faktlarla susdurdu

13.01.2023, 13:15

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında keçirilən “Millətlər arasında qanunun aliliyi” mövzusunda müzakirələrdə çıxış edib.

Gunaz.tv Quote | Gunaz article

Səfir öncə BMT Təhlükəsizlik Şurasına yeni üzv seçilən Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrənin BMT-dəki daimi nümayəndələrini təbrik edib.

Daha sonra Y.Əliyev BMT-nin məqsədlərindən bəhs edib və bildirib ki, təşkilat beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, eləcədə müharibə və humanitar problemlərin qarşısının alınması məqsədilə fəaliyyət göstərir.

Səfirin sözlərinə görə, təəssüf ki, BMT-yə üzv olduğu ilk illərdə Azərbaycan Ermənistanın monoetnik ideologiyaya əsaslanan təcavüzünə məruz qalıb:

“BMT əsasnaməsinin əsas prinsiplərinə, xüsusilə mübahisələrin sülh yolu ilə həlli və güc tətbiq edilməməsi ilə bağlı prinsiplərə Azərbaycanın məsuliyyətlə yanaşmasına baxmayaraq, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın böyük bir ərazisini işğal altında saxlayıb.

ATƏT-in rəhbərliyi ilə aparılan vasitəçilik danışıqlarının iflasa uğradığı müddətdə, BMT TŞ-nin 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan tərəfindən gözardı edilib”.

Səfir, beynəlxalq institutların öz öhdəliklərinə laqeyd münasibət bəsləməsinin və ikili standartlar tətbiq etməsinin Ermənistanı öz məkrli siyasətini davam etdirməyə daha da təşviq etdiyini bildirib.

O, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma və bərpa işləri ilə bağlı məlumat verib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını üzvlərin diqqətinə çatdırıb.

Y.Əliyev əlavə edib ki, eyni zamanda Azərbaycan Ermənistanla qarşılıqlı ərazi bütövlüyünə və suverenliyə hörmət çərçivəsində dövlətlərarası münasibətlərin normallaşması təşəbbüsü ilə çıxış edib.

Bununla yanaşı, səfir iclasda Ermənistan nümayəndəsinin səsləndirdiyi saxta ittihamlara da münasibət bildirib: 

“Azərbaycana qarşı təcavüzü başlayan, onun suveren ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, etnik təmizləmə siyasəti yürüdən və müharibə zamanı misli görülməmiş digər cinayətləri törədən Ermənistanın məhz indi BMT əsasnaməsinə və beynəlxalq hüquqa çağırış etməsi paradoksaldır”.

Sonda Y.Əliyev beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında razılaşdırılmış prinsiplərə və öhdəliklərə əsaslanan ikitərəfli və məqsədyönlü danışıqları dəstəkləməsinin vacibliyini vurğulayıb. (oxu.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27