SON XƏBƏRLƏR

İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

2023.01.27, 23:00
İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

Gunaz.tv

Bu barədə İƏT-dən bildirilib.

“Baş Katiblik dəhşətli hücumun günahkarlarını məsuliyyətə cəlb etməyə çağırır və diplomatik nümayəndəliyin mühafizəsinin və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayır.

İƏT-in baş katibi Hissein Braham Taha Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirərək, hadisə zamanı həlak olan mərhumun ailəsinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb”, - təşkilatın yaydığı bəyanatda qeyd olunur.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. 

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb. (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar