SON XƏBƏRLƏR

"Ərk"- Azərbaycan İnsan Haqları Cəmiyyəti Alena Dohanın İrana səfərinə etiraz edib

2022.05.10, 05:20
"Ərk"- Azərbaycan İnsan Haqları Cəmiyyəti Alena Dohanın İrana səfərinə etiraz edib

Gunaz.tv

Qeyd edək ki, Alena Dohanın birtərəfli sanksiyaların İranda vətəndaşların insan haqlarına təsirini araşdırmaq üçün mayın 17-dən 28-dək Tehrana səfəri planlaşdırılır.

BMT-nin xüsusi məruzəçisinin İrana səfəri xəbəri xüsusilə hüquq müdafiəçilərinin geniş etirazlarına səbəb olub. 

Rəsmi Tehranın BMT-nin insan haqları üzrə xüsusi məruzəçilərinin İrana səfərinə dəfələrlə mane olduğunu xatırladan hüquq müdafiəçiləri hesab edir ki, Alena Dohanın səfəri İslam Respublikasının insan haqları ilə bağlı repressiv hərəkətlərini ört-basdır etmək istədiyini göstərir.

Təşkilatların bəyanatında bildirilir ki,  Elena Dohanın bu ölkəyə səfərinə icazə verməsi Tehran rejiminin siyasi oyunları əsasında həyata keçirilib. Bunun İranın sanksiyalardan əziyyət çəkməsini göstərmək üçün təşkil edildiyi qeyd olunub.

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti məsələ ilə bağlı bəyanatında bir daha Alena Dohanın İrana səfərinə icazə verilməsini Tehran hökumətinin bundan siyasi istifadə etmək cəhdi kimi dəyərləndirib.

Qurum BMT-nin xüsusi məruzəçinin sorğusunu qərəzli adlandırıb və vurğulayıb ki, bu sorğu vərəqəsində qaldırılan məsələlər ictimai rəyi İran hakimiyyətinin pis idarəçilik, irqçi və ayrı-seçkilik hərəkətlərindən yayındırmaq üçün nəzərdə tutulub.

Bəyanatın ikinci bəndində İranda qeyri-fars xalqların və dini azlıqların insan hüquqlarının sistematik şəkildə pozulduğu vurğlunaır.

Qeyd olunur ki, bu cür pozuntular sanksiyalardan əvvəl də mövcud olub və indiki sanksiyalarla heç bir əlaqəsi yoxdur. Hətta sanksiyaların aradan qaldırılacağı təqdirdə belə bu pozuntuların təkrarlanmayacağına dair heç bir zəmanət yoxdur.

“İran rejimi insan haqları fəalları və təşkilatlarına qarşı sərt repressiyalar həyata keçirir, ölkə daxilində müstəqil hüquq müdafiəçilərinin bu suallara cavab verməsini necə gözləmək olar? Nəticə etibarı ilə, xüsusi məruzəçinin İranın rəsmi qurumlarına və hakimiyyət orqanlarına güvənməkdən başqa yolu qalmayacaq.

Belə bir hesabatın nəticəsi artıq öncədən məlumdur”-deyə, Azərbaycan İnsan Haqları Cəmiyyətinin bəyanatında qeyd olunub.

Sənəddə güney azərbaycanlıların 43 ildir hazırkı hakimiyyətin ayrı-seçkilik siyasətinə, repressiyalarına məruz qaldığı, hüquqlarının pozulduğu vurğulanır və bunun İrana qarşı uyğulanan sanksiyalarla heç bir əlaqəsinin olmadığı bildirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilən bəyanatda bildirilir ki, xanım Elena Dohan birtərəfli sanksiyaların İranda vətəndaşların insan haqlarına təsirini araşdırmaq üçün mayın 17-dən 28-dək Tehrana səfər edəcək.

BMT-nin məruzəçisinin İrana səfəri medianın hələ də İslam Respublikası hökumətinə qarşı insan haqları üzrə xüsusi məruzəçilərdən heç birinə İrana getməsinə icazə vermədiyi və onları dəfələrlə “siyasi oyun”da ittiham etdiyi bir vaxta təsadüf edir.

Bununla bağlı Nobel Sülh Mükafatı laureatı Şirin İbadi Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı, hüquqşünas Mişel Baçeletə məktub yazıb.

Şirin İbadi məktubda ondan sanksiyalar üzrə xüsusi nümayəndənin İrana səfərini BMT İnsan Hüquqları Şurasının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın bu ölkəyə səfərinə icazə verilməsi şərti ilə əlaqələndirməyi istəyib.

“Sanksiyalar İran xalqının fəlakətli vəziyyətinin yeganə səbəbi deyil, daha önəmlisi hökumətin irimiqyaslı mənimsəmələri, rəsmilərin yanlış siyasəti və İran İslam Respublikasının Hizbullah və Yəmən Husilərinə dəstək üçün xərclədiyi pullardır”-deyə, Şirin İbadi bildirib.

O, qeyd edib ki, beynəlxalq ictimaiyyət İranda baş verənlərdən xəbərdar edilməlidir və yalnız İran hökumətinin əməllərini ifşa etməklə Tehran hökumətinin sanksiyalar məsələsindən sui-istifadə etməsinin qarşısı alına bilər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar