SON XƏBƏRLƏR

“Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti BMT-yə hesabat təqdim edib

2022.05.18, 05:53
“Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti BMT-yə hesabat təqdim edib

Gunaz.tv

Hesabatında ölkənin şimal-qərb bölgəsində yerləşən Azərbaycan əyalətlərində İran hökumətinin ayrı-seçkilik siyasəti yürütdüyü qeyd olunub.

Sənəddə bildirilir ki, hər il təxminən 500 azərbaycanlı fəal müxtəlif ittihamlarla saxlanılır, cərimə olunur və azadlıqları əllərindən alınır.

Hesabatda həmçinin Təbriz zindanında saxlanılan milli-mədəni fəal Ruzbeh Pirinin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi, lakin ona müalicə olunmaq üçün icazə verilmədiyi və dərman preparatlarından istifadəsinə məhdudiyyət qoyulduğu bildirilir.

“Ərk” Tehranın Evin zindanında saxlanılan professor Əhmədrza Cəlalinin “İsrailə casusluq” kimi qondarma ittihamla edama məhkum olunmasını da vurğulayır.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin təqdim etdiyi hesabatda 30-35 milyon azərbaycanlının ana dilində təhsil probleminin həll olunmadığı, azərbaycanlı uşaqlara türkcə adlarına görə şəxsiyyət vəsiqəsi verilmədiyi deyilir.

Hesabatda qadın və uşaq haqları, çevrə problemləri, Azərbaycan mədənlərinin talanması, iqtisadi çətinliklər, işsizlik, yoxsulluq və başqa bu kimi məsələlərə ətraflı şəkildə toxunulub. 

Timur
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar