SON XƏBƏRLƏR

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023.03.23, 08:12
Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

Gunaz.tv

"Azərbaycan İnsan Hüquqları Təşkilatı Azərbaycanda hüquq sahəsində ekspert və mütəxəssislərdən ibarət olan və insan hüquqları məsələlərinə diqqət yetirən ilk insan hüquqları təşkilatıdır.

Bu təşkilatda seçkilər tam demokratik, azad və şəffaf şəraitdə keçirilib, onun məsul şəxsləri üzvlərin kollektiv rəyi ilə seçilib.

2023-cü il martın 9-da üzvlərin iştirakı ilə təşkilatın nizamnaməsi təsdiq edildi və Nağı Mahmudi təşkilatın başçısı və sözçüsü, Hüseyn (Sina) Yusifi isə sədr müavini seçildi",- təşkilatın yaydığı açıqlamada qeyd edilib.

Qeyd edək ki, təkilatda bir neçə başqa tanınmış güneyli vəkil, o cümlədən Fatimə Cavidmehr, Arzu Abdullahi şamlu, Qasım Bodi,  Əmir Mehdipur və digər şəxslər təmsil olunur.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar