SON XƏBƏRLƏR

"Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi İrana mesajdır"-Hərbi ekspert-VİDEO

2022.12.08, 12:15
"Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi İrana mesajdır"-Hərbi ekspert-VİDEO

Gunaz.tv

Bir neçə gün əvvəl də SEPAH “Qüdsə gedən yol Bakıdan keçir” dedi. Bu təlimləri İrana hərbi-siyasi mesaj kimi qiymətləndirmək olar. 

Yeri gəlmişkən, bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar da təlimləri izləmək üçün Azərbaycana gəlib. 

Türkiyə ilə Azərbaycan təlimlərdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülər salır. Bu da İrana bir dərsdir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin ADA Universitetində beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə dediyi kimi, türk ordusu tək deyil, orada, bizim ordu da var. Bizim ordu da tək deyil, orda türk ordusu da var.

Bu gün iki ölkənin orduları arasında əməkdaşlıq strateji planlama səviyyəsinə keçib.

Hərbi ekspert Alparslan İmamqulu İTV-yə açıqlamasında bildirib ki, təlimlərin Astara, İmişli, Cəbrayıl bölgələrində, Araz sahilində keçirilməsi və təlimlərdə türk generallarının iştirak xüsusi mesajdır:

“Bu hərbi təlimlər dosta güvən, düşmənə göz dağıdır. Düşmən dediyimiz də özünü düşmən kimi aparanlardır. Azərbaycanın həm quzeyində, həm güneyində olan dövlətlər bizə müttəfiq olduğunu deyirdilər. 

Lakin 44 günlük savaşda və ondan sonra bu “müttəfiqlik” nədənsə yaddan çıxdı. Biz İrana daim dostluq münasibəti göstəmişik.

Lakin bir anda İran ermənilərə yardım edir, Zəngəzur dəhlizinin açıqlmasına qaşrı çıxır, Qafanda konsulluq açır. SEPAH sərhəddə təlimlər keçirir, “Qüdsə gedən yol Təbrizdən keçir” kimi bəyanatlar səsləndirirlər.

30 il torpaqlarımız işğal altında idi, özümüzün iqtisadi problemlərimiz var idi. Biz 30 il onların mesajlarına əhəmiyyət verməmişik. 

Lakin artıq zaman o zaman deyil. Azərbaycan 2020-ci ildən bu yana xeyli inkişaf etmişik. Bu regionda var ola bilmək üçün artıq düşmənlərim mesajına cavab vermək lazımdır. 
Bizə düşmən olan “maşa dövlət” Ermənistanla Fransa, Rusiya, Azərbaycan torpaqlarında dövlət olmuş fars rejimi, İran Azərbaycana qarşı birgə olublar.

Lakin biz Atillanın nəvələri olduğumuzu unutmamışıq. 300 il Rusiyanı əsarətdə saxlamış Qızıl Ordanın davamçılarıyıq. Bunu heç kim unutmamalıdır. 

İran bunun fərqinə varmalıdır ki, hazırda irandilli Tacikistan da Turan Birliyində təmsil olunmaq istəyir. Hətta Əfqanıstan da bunu istəyəcək. Bəziləri deyir ki, İran parçalanacaq. İran niyə niyə parçalanmalıdır? İran bir bütün olaraq Azərbaycan ərazisidir və Azərbaycan türklərinin vətəni olacaq”.

Hərbi eskpert bildirib ki, Azərbaycan və Türkiyə hərbçilərinin Araza körpü atmaq təlimi İrana dərs olmalıdır:

“Azərbaycan ordusunu müasir silah, texnika və avadanlıqları var. Hərbi təlimlərdə maneələrin dəf olunması, burada türk hərbçilərinin iştirakı düşmənə və havadarlarına mesajdır. Bu, o deməkdir ki, tək deyilik və bütün maneələri aşmaq gücündəyik. 

Düşmən anlamalıdır ki, istənilən təhdidə qarşı cavab veriləcək. Şuşa bəyannaməsində Azərbaycanın təhlükəsizliyi əsas məsələ kimi qoyulub”.

Aycan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar