Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

05.04.2022, 15:08

İsrailin Turizm Nazirliyinin Mətbuat Xidməti iki ölkə arasında yeni müqavilələrin bağlanacağı barədə xəbər yayıb.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan su təsərrüfatı sahəsində əməkdaşlıq haqqında İsrailin “Mekorot” dövlət şirkəti ilə, həmçinin gömrük vergi məlumatları sistemlərinin yenilənməsi sahəsində yeni müqavilələr imzalayacaq.

İsrailin Turizm Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, imzalanma mərasimi İsrailin turizm naziri və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Konstantin Razvozovun Bakıya başlamış səfəri çərçivəsində keçiriləcək.

Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri və hökumətlərarası komissiyanın rəhbəri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, turizm şirkətlərinin rəhbərləri ilə görüşəcəyi gözlənilir.

Görüşlərdə xarici siyasət, iqtisadiyyat, səhiyyə, enerji resursları, turizm, rabitə, ətraf mühitin mühafizəsi, elm və kənd təsərrüfatı məsələləri müzakirə olunacaq.

Aprelin 7-də İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu hadisənin şərəfinə keçiriləcək rəsmi tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin turizm naziri Konstantin Razvozov iştirak edəcəklər.

Xatırladaq ki,ötən il İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılıb. Azərbaycan turizm, kənd təsərrüfatı, kibertəhlükəsizlik, təhsil, su resursları və səhiyyə sahəsində İsraillə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycan və İsrail arasında 2019-cu ildə ticarət dövriyyəsi ən yüksək həddə çataraq, 1,375 milyard ABŞ dolları təşkil edib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən azalmış ticarət dövriyyəsi 2021-ci ilin yekunlarına görə 2 dəfə artaraq, 928,4 milyon ABŞ dolları həddinə çatıb. (Report.az)

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31