Azərbaycan Avropaya yaşıl enerjinin əsas tədarükçülərindən olacaq

03.02.2023, 13:20

Bu gündən Azərbaycanın liderliyi ilə unikal əməkdaşlıq formatı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində yeni bir dövr başlayır.

Gunaz.tv Quote | Gunaz article

Bununla bağlı Azərbaycanın energetika nazirinin müşaviri Zəminə Əliyeva paylaşım edib.

”Enerji təchizatının təbii qazla yanaşı yaşıl enerji ilə şaxələndirilməsinin aktuallaşması və Azərbaycanın hər iki enerji növünün tədarükçüsü olmaqla bağlı strateji kursu Məşvərət Şurasının da missiyasını şaxələndirir. İlk dəfə olaraq bu platformada “Yaşıl Enerji” Məşvərət Şurası fəaliyyətə başlayır”, - paylaşımda bildirilir.

Zəminə Əliyeva qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası Avropa İttifaqı, çoxsaylı ölkə, enerji şirkətləri və maliyyə qurumunun iştirakı ilə gerçəkləşəcək. İştirakçıların yüksək səviyyəli tərkibi, 

enerji təhlükəsizliyi və enerji keçidi məsələlərinə bərabər yanaşma, Azərbaycan-Gürcüstan, Rumıniya və Macarıstanın yaşıl enerji tərəfdaşlığı üzrə birgə fəaliyyətinə bu platformadan start verilməsi, Energetika Nazirliyinin xarici enerji şirkətindən biri ilə yeni layihələrə imza atması Azərbaycanın regional və Avropa miqyasında enerji təhlükəsizliyinə yeni elementlər gətirməsinin təsdiqidir.

“Azərbaycan Avropanın enerji təchizatının mənbə və marşrutlarla diversifikasiyasının yeni xəritəsini və yeni planını tərtib edir. 

Ölkəmiz Avropaya təbii qazla yanaşı irəlidə yaşıl enerji və hidrogenin də əsas tədarükçülərindən biri olacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin yaradılması enerji siyasətimizin başlıca prioriteti, Məşvərət Şurasında iclasların da əsas müzakirə mövzusudur”, - Zəminə Əliyeva vurğulayıb. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fransada iğtişaşlar zamanı azı 200 nəfər xəsarət alıb

2023-03-26

gun az article

Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb

2023-03-26

gun az article

Xankəndi-Laçın yolu: ekoaksiya 105 gündür ruh yüksəkliyi ilə davam edir

2023-03-26

gun az article

Prezident İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

2023-03-25

gun az article

Ordumuz təxribatların qarşısını almaq üçün hərəkətə keçdi

2023-03-25

gun az article

Separatçıların Füzuli istiqamətində səngər qazmasının qarşısı alındı

2023-03-25

gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25