Azərbaycanda ilk: Qadınlara qarşı zorakılıq mövzusunda İctimai Dinləmə

09.12.2022, 14:48

25 noyabr-10 dekabr dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Azərbaycanda da ənənəvi olaraq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası keçirilir.

Gunaz.tv Quote | Gunaz article

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyin ofisində ölkədə fəaliyyət göstərən bir neçə səfirilik, beynəlxalq və yerli təşkilatlar tərəfindən maraqlı İctimai Dinləmə baş tutdu. 

Belə görüş formatı çox faydalı və ilk idi.

Tədbirin təşkilinin təşəbbüskarı FemACT Qadın Fondunun rəhbəri Pərvanə Məmmədova idi. Qonaqlar arasında İsveçin ölkəmizdəki səfiri Tobias Lorentzson və həyat yoldaşı da olub.

Səfir dəvət üçün təşəkkür edib, problemlərlə maraqlanıb, bu məsələdə Vəkillik üzrə Yüksək Səviyyə Qrupunun müxtəlif səfirlərdən və beynəlxalq inkişaf təşkilatlarının nümayəndələrindən ibarət olan bir qrupun üzvü olduğunu qeyd edib. Səfirin həyat yoldaşı gender məsələlərində, hadisələrin kiçik hissəsi olaraq qadınlara necə kömək ola biləcəyini düşünərək tədbirə həvəslə qatıldığını vurğulayıb.

Britaniya səfirliyinin nümayəndəsi xanım Abi Mazervell səfirliyin gender məsələsinə daim diqqət etdiyini qeyd edib. Niderlandın ölkəmizdəki səfirliyinin nümayəndəsi xanım Elin Hilving gender bərabərliyi və insan hüquqları məsələsinin əsas fəaliyyət istiqamətlərindən olduğunu deyib.

Səfir müavini ölkəmizdə bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının problemləri ilə tanış olmağa, kömək etməyə gəldiyini bildirib. Tədbirdə çıxış edən Latviya səfirliyi nümayəndələri xanım Viya Buşa və Elmira Mirzəyeva da görüşdən məmnunluq ifadə etməklə yanaşı, qadınlara necə kömək ola biləcəklərini müəyyənləşdirmək istədiklərini bildiriblər.

BMT nümayəndəsi Şəms Mustafayeva çıxışında qadınlara qarşı zorakılılq mübarizədə, qadınların xidmətlərə əlçatanlığının təmin olunması, mübarizənin effektiv meyarı olan mexanizmlərin tətbiqi, o cümlədən, problemin aradan qaldırılmasında beynəlxlaq, milli və vətəndaş cəmiyyəti iştirakçılığının vacibliyi bildirməklə yanaşı, bu mübarizədə BMT əsas prioritet məsələsi olduğunu xüsusilə vurğulayıb.

Görüşə ölkədə gender əsaslı zorakılıqla mübarizədə aktivlik nümayiş etdirən "Qadın Gündəliyi" Qadin Platforması, gender əsaslı zorakılıqla mübarizədə aktivlik nümayiş etdirən Çevik Ekspert Qrupunun (ÇEK) nümayəndələri Günel Səfərova, Kəmalə Ağazadə, Vüsalə Hüseynli, Azərbaycan Kənd Qadınları Assosiasiyasının rəhbəri Gülbəniz Qənbərova, uşaqların reabilitasiyasında mütəxəssislərə çıxışı təmin edən Günel Səfərova iştirak edib.

Onlar hər biri ayrı ayrılıqda Qadın və Uşaq sığınacağı ilə əməkdaşlığı, zərərçəkmişlərə təcili yardım tədbirlərində dəstəyi və effektiv əməkdaşlıq mexanizmi barədə beynəlxalq nümayəndəliklərə ətraflı məlumat verdilər.

ÇEQ tərəfindən qaldırılan mövzulardan biri də "Qadın Gündəliyi" məsələsi idi ki, qonaqların diqqətinə xüsusilə çatdırıldı. Qadınların səlahiyyətlənməsi, iqtisadi inkişafı və s. İctimai Dinləmədə qaldırılan məsələlərdən idi. Eyni zamanda, qızların təhsildən yayındırılması da gündəlikdə duran məsələlərdən biri idi.

Görüşdə ölkədə gender əsaslı zorakılıqla bağlı mübarizənin istiqamətləri, həyata keçirilməsində problemlər, ehtiyaclar, həlli mümkün olan məsələlərə dair tövsiyələr geniş müzakirə mövzusu oldu.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qaşqay fəal müvəqqəti azadlığa buraxılıb

2023-02-06

gun az article

“Azadlıq səsi”- “Güney Azərbaycanın Xoy şəhərində nələr baş verir”- VİDEO

2023-02-06

gun az article

Həbsdə olan güneyli milli fəallar zəlzələ qurbanlarına yardım kampaniyasına qoşulub

2023-02-06

gun az article

“Dəyirmi masa”: “Xoyda zəlzələlərin durumu” və “İranın Azərbaycan səfirliyində terror hərəkəti”-VİDEO 

2023-02-06

gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05

gun az article

Xoyda dərman çatışmazlığı yaşanır

2023-02-04

gun az article

Güneyli Nobel mükafatı laureatı: "Etiraz aksiyaları davam edəcək"

2023-02-04

gun az article

Qaşqay türkləri xoylulara yardım edir

2023-02-04

gun az article

Ərdəbildə səhiyyə sistemi acınacaqlı durumdadır

2023-02-04

gun az article

Kann Film Festivalı güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib

2023-02-04

gun az article

Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

2023-02-04

gun az article

Milli fəal müvəqqəti azad edilib

2023-02-04

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir”-VİDEO

2023-02-04

gun az article

Zənganlı fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib

2023-02-04

gun az article

Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

2023-02-04

gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03